Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi

Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Gecədə Əşrəf Əşrəfzadənin tələbəsi, tanınmış klarnet ifaçısı Əlirza Orucov, Xalq artisti Vamiq Məmmədəliyev, professor Abbasqulu Nəcəfzadə, etnoqraf - alim Təvəkkül Səlimov çıxış edərək Əşrəf Əşrəfzadənin həyat və yaradıcılığı ilə bağlı düşüncələrini bölüşəcəklər.
Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alan Əşrəf Əşrəfzadə 60-ci illərdə çox gənc olmasına baxmayaraq peşəkar musiqiçi kimi tanınıb və sevilib. Yaddaşlarda iz qoyan sənətkar  insanların rəğbətini və sevgisini qazanaraq bu gün də ehtiramla yad edilir.  1973-cü ildə dünyasını dəyişən klarnet ifaçısının müəllifi olduğu musiqi havaları “Həyatı (Şüvəlani)”, “Fikrəti”, “ Tamili”, “Yadigari”, “Mürşidi” və digər rəqslər bu gün də el bayramlarında və musiqiçilərin repertuarında yer alaraq böyük maraqla dinlənilir.  
 Xatirə gecəsində çıxış edən ifaçılar unudulmaz sənətkarın  repertuarından eləcə də milli rəqs və el havalarımızdan ibarət maraqlı proqramla çıxış edəcəklər. 
Qeyd edək ki, BMM mütəmadi olaraq görkəmli muğam ifaçıları,  musiqi sənətimizdə iz qoyan sənətkarların xatirəsinə həsr olunan gecələr təşkil edir. Bu gunə kimi muğam sənətimizdə xidmətləri olan xanəndələrlə yanaşı instrumental ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin xatirəsi yad edilib.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi Əşrəf Əşrəfzadənin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan