BRAHMS: ƏBƏDİ SEVGİ
09 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində Yohannes Brahmsın kamera musiqisinə həsr olunmuş konsertə sizi dəvət edirik.
Konsertdə bəstəkarın iki möhtəşəm əsəri — Piano Kvartet №2 (A-dur), Op. 26 və Klarinet (viola) trio (a-moll), Op. 114 səslənəcək. Bu əsərlər Brahmsın hisslərinin dərinliyini, sevgiyə və dünyaya olan münasibətini bütün gözəlliyi ilə əks etdirir.
Ümid Mustafazadə – violin
Üzeyir Mahmudbəyli – viola
Ərol Rzayev – violonçel
Nərminə İsmayılova – fortepiano
Ön söz: musiqişünas Şəfaqət Məmmədova