Şam İşığında: Şelkunçik, Qu Gölü, Yatmış Gözəl və digər Çaykovski şah əsərlərinin musiqisi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Candlelight Baku – Şam İşığı konsertlərinin Yeni il buraxılışını təqdim edir!

20 dekabr axşamı Bakının sehrli atmosferə malik Kamera və Orqan Musiqisi Zalında (Kilsə) klassik musiqinin dahisi Pyotr İliç Çaykovskinin ən möhtəşəm balet əsərlərinin musiqiləri — Şelkunçik (The Nutcracker), Qu Gölü (Swan Lake), Yatmış Gözəl (The Sleeping Beauty) və digər məşhur nümunələr — Kamera Orkestrinin canlı ifasında minlərlə şam işığı altında canlanacaq.🕯️🎻✨

🌎 Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi məkanlarda keçirilən şam işığı konsertləri ənənəsi artıq Bakıda da öz davamını tapır. 

Candlelight Kamera Orkestri – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, beynəlxalq və respublika müsabiqələrinin laureatları, həmçinin Əməkdar Artistlərdən ibarət yüksək peşəkar bir kollektivdir. Onların virtuoz ifa tərzi, dəqiqliyi və səhnə ustalığı hər çıxışı minlərlə şam işığının fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.

Candlelight Kamera Orkestri Heyəti

1-ci skripkalar

  • Səid Məmmədov (Konsertmeyster)
  • Nadir Eyvazov 
  • Leyla Kərimova
  • Kənan Məmmədzadə

2-ci skripkalar

  • Nicat Feyziyev
  • Azadə Həbibova
  • Bəhadur Rzayev
  • Ümid Mustafayev

Alt (Viola)

  • Səbuhi Axundov
  • Cavid Məcidov

Violonsel (Cello)

  • Aleksey Miltix 
  • Georgi İmanov
  • Emin Qəliyev

Kontrabas

  • Rəvan Əhmədov

Piano

  • Tofİq Şıxıyev

    Müddət: 60 dəqiqə (Qapılar 30 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)
    Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

    🕯️ Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Şam İşığında: Şelkunçik, Qu Gölü, Yatmış Gözəl və digər Çaykovski şah əsərlərinin musiqisi Şam İşığında: Şelkunçik, Qu Gölü, Yatmış Gözəl və digər Çaykovski şah əsərlərinin musiqisi

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan