Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Candlelight Baku – Şam İşığı konsertlərinin Yeni il buraxılışını təqdim edir!
20 dekabr axşamı Bakının sehrli atmosferə malik Kamera və Orqan Musiqisi zalında (Kilsə) klassik musiqinin dahisi Pyotr İliç Çaykovskinin ən möhtəşəm əsərləri — Şelkunçik (The Nutcracker), Qu Gölü (Swan Lake) və Yatmış Gözəl (The Sleeping Beauty) — kamera orkestrinin canlı ifasında, minlərlə şam işığında canlanacaq. 🕯️🎻✨
Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi məkanlarda keçirilən şam işığı konsertləri ənənəsi artıq Bakıda da öz davamını tapır. 🌎
Bu xüsusi qış gecəsində Çaykovskinin nağılvari melodiyaları — Şelkunçikin bayram ritmləri, Qu Gölünün duyğulu səhnələri və Yatmış Gözəlin möhtəşəm valsı — minlərlə şam işığında bayram abu-havasını tamamlayan sehrli bir akustik atmosferdə səslənəcək. 🕯️✨🎻
Candlelight Kamera Orkestri – Candlelight Baku tərəfindən formalaşdırılmış, səhnə ustalığı və incə musiqi duyumu ilə seçilən peşəkar musiqiçilərdən ibarət kollektivdir. Onların harmoniyası və enerjisi hər çıxışı şam işığında unudulmaz bir musiqi təcrübəsinə çevirir.
⏳ Müddət: 60 dəqiqə (Qapılar 30 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.
🕯️ Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

8 ₼-dan
Satış bitib
Satış bitib
35 ₼-dan
39 ₼-dan
10 ₼-dan