Şam İşığında: Vivaldinin “Dörd Fəsil” əsəri - Kamera Orkestrinin ifasında

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Minlərlə şam işığının sehrində yeni bir təcrübəyə hazırsınızmı? 🕯️🎻

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎

Bakının “Şam İşığı” konsertlərinin klassik seriyası təqdim edir – Şam İşığında: Vivaldinin “Dörd Fəsil” əsəri | Kamera Orkestrinin ifasında

🎼 23 noyabrda beynəlxalq “Şam İşığında” konsepti çərçivəsində Barokko dövrünün ən möhtəşəm bəstəkarlarından biri, musiqi tarixində dərin iz qoymuş Antonio Vivaldinin şah əsəri – “Dörd Fəsil” ilk dəfə Candlelight Simli Kamera Orkestrinin ifasında səslənəcəkdir.

Müddət: 70 dəqiqə (Qapılar 30 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️ Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

🎻 Candlelight Kamera Orkestrı heyəti
 
🎻 Solist – Solo skripka
•Səid Məmmədov
 
1-ci skripkalar
•Nadir Eyvazov
•Yuliya Motorina
•Kənan Məmmədzadə
•Ümid Mustafayev
 
2-ci skripkalar
•Nicat Feyziyev
•Azadə Abdullayeva
•Bəhadur Rzayev
 
Alt (Viola)
•Səbuhi Axundov
•İlqar Rzayev
 
Violonsel (Cello)
•Aleksey Miltix
•Georgi İmanov
•Emin Qəliyev
 
Kontrabas (C-Base)
•Rəvan Əhmədov
 
Klavisin
•İrina Mehdiyeva

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Şam İşığında: Vivaldinin “Dörd Fəsil” əsəri - Kamera Orkestrinin ifasında Şam İşığında: Vivaldinin “Dörd Fəsil” əsəri - Kamera Orkestrinin ifasında

Məkan yeri
İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan