Aksenov Ailəsi Fondu və Bakı Müasir Musiqi Cəmiyyəti "CON TEMPO. Müasir musiqi burada və indi" adlı layihəni təqdim edir. 10 dekabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertdə Moskva Müasir Musiqi Ansamblı (MASM) və N’Caged vokal ansamblı azərbaycanlı bəstəkarların, həmçinin Aksenov Ailəsi Fondunun "Rus Musiqisi 2.0" layihəsinin qaliblərinin yeni əsərlərini ifa edəcək. Qeyd edək ki, proqramda yer alan 7 əsərin dünya premyerasıdır.
Təqdim olunan layihənin iştirakçıları arasında Mark Buloşnikov, Səid Qəni, Türkər Qasımzadə, Oleg Xroxalyev, Darya Maminova, Marina Poleuxina və Aleksey Sısoyev yer alır. Layihənin proqramı iki ölkənin tanınmış bəstəkarları, musiqi prodüserləri, musiqişünaslarının iştirak edəcəyi ustad dərsləri, dəyirmi masalar və ictimai müzakirələrdən ibarət olacaq.
“CON TEMPO” müxtəlif ölkələrdən və nəsillərdən olan musiqiçilər arasında təcrübə mübadiləsi üçün bir məkan yaradır, mədəni körpülər qurur və dəyişən dünyada müasir sənətin taleyini düşünür.