East Or West

East Or West

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

"East or West" musiqi qrupu 2011-ci ildə qrupun direktoru həm də kamança ifaçısı olan Məmmədov İlxas tərəfindən yaradılmışdır. Qrupun məqsədi milli alətlərimizi (tar, kamança və qarmon) Qərb musiqi standartlarında ifa etməklə gənclərimizin milli alətlərə marağını artırmaq  və eyni zamanda ölkə xaricində  milli alətlərimizi təbliğ etməkdir. Biz milli alətlərimizin dünya standartlarına cavab verdiyini sübut etməyə çalışırıq.
15 il sonra mahnı teatrındakı 2-ci konsert

2 hissəli tamaşa (Dünya hitləri milli ruhda)
İlxas Məmmədov(Bədii rəhbər) - kamança 
Emil Mirzəyev - tar
Xəyal Əliyev - qarmon
Nicat Qurbanov - klaviş
Etibar Ağayev - zərb alətləri

Aparıcı - Sadiq Elçin

Yaş məhdudiyyəti / Dil

12+
East Or West East Or West

Məkan yeri