Elçin Əzizov - Mənim mahnıma İnan

Tədbir haqqında

3 mayda Heydər Əliyev Sarayında "Mənim mahnıma İnan" estrada proqramı ilə Azərbaycanın xalq artisti, Rusiyanın Böyük Teatrının solisti və “Bakılı oğlanlar” ŞHK komandasının qızıl səsi Elçin Əzizovun çoxdan gözlənilən solo konserti keçiriləcəkdir!

Elçin Əzizov Azərbaycanın fəxridir! O, Bakıda anadan olub və uşaqlıqdan oxumağı sevib, kinorejissor təhsil alıb, 10 il “Bakılı oğlanlar” ŞHK komandasının üzvü olub, hansının tərkibində Böyük Liqanın Çempionun qalibi olub, ŞHK Super Kuboku və “XX əsrin Çempionu” adını alıb. Klassik vokalla o yalnız 30 yaşında məşğul olmağa başlayıb və artıq 33 yaşında Rusiyanın Böyük Teatrının solisti olub. Elçin mütəmadi olaraq dünyanın ən yaxşı opera teatrlarında çıxış edir, harada ki, layiqincə tanınıb!

"Mənim mahnıma İnan" konsertində Rusiyanın ən yaxşı estrada və caz musiqiçilərinin müşayiəti ilə hər kəsin sevimli mahnıları – əfsanəvi həmyerlimiz Müslüm Maqomayevin repertuarından parlaq musiqi ilə birləşən əsl poeziya ifa olunacaqdır. Onların hər biri unikal solist, virtuoz, öz işinin ustasıdır! “İnan mənim mahnıma” konserti yalnız Elçin Əzizovun dərinliyi ilə heyranedici vokal deyil, həm də möhtəşəm mahnıların fantastik musiqi ifasıdır!

- Opera müğənnisi olaraq oxuduqlarımın mənasını çatdırmaq mənim üçün hər zaman vacibdir! Vokal repertuarımı genişləndirərək, mən ilk növbədə həmyerlim, ulu Müslüm Maqomayevin mahnılarına müraciət etdim! Onları ifa edərək, mən hər hekayəni yaşayıram və bunu böyük məmnuniyyətlə edirəm! Bizim vaxtda hər kəsin sevimli hitləri yeni qüvvə ilə səslənir və görkəmli şair və bəstəkarların şeirləri və musiqiləri ilə tamaşaçılarla “söhbət etmək” mənim üçün çox vacibdir.

Elçin Əzizov.

                                                                                                                                                                                                                     

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Elçin Əzizov - Mənim mahnıma İnan Elçin Əzizov - Mənim mahnıma İnan

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan