"Los Potros Malambo" — Argentinanın ən məşhur rəqs kollektivlərindən biridir.
Onlar yüksək peşəkarlıqları və möhtəşəm ifaları ilə seçilirlər. Kollektivin əsasını xoreoqraflar — Qardelya qardaşları qoyub və onlar bu şouya ən yaxşı rəqqasları toplayıblar.
Malambo — səyyahların və azad kişilərin rəqsidir.
Artıq beş əsrdir ki, argentinalılar malambo rəqsi vasitəsilə güclərini və cəsarətlərini nümayiş etdirirlər.
İspaniyadakı matadorlar kimi, Argentinada da aparıcı malambo rəqqasları böyük nüfuza malikdirlər.