Halloween

Tədbir haqqında

Noyabrın 2-i sizi Nizami Kino Mərkəzində ölkənin ən qorxulu Halloween bayramı gözləyir!

Siz vampirlərin, zombilərin və ruhların əhatəsində unudulmaz vaxt keçirdib, özünüz üçün xatirə olaraq suvenir əldə edib, Cosplay şousunda iştirak edib, həmçinin gecənin Kralı və ya Kraliçası fəxri adını qazana bilərsiniz.

Bu tədbirdə sizi:

• səhnədə çıxışlar;
• yarmarka;
• masaüstü və digər oyunlar;
• müsabiqələr;
• face art;

DJ ilə diskoteka və daha nələr gözləyir! Hər kəsə enerjili rəqslər, zəngin proqram və xoş əhval-ruhiyyə zəmanət verilir!

Tədbirin proqramı:

1. Halloween yarmarkası 13:00-17:00
2. Açılış mərasimi 14:00-14:15
3. Cosplay Şou 14:15-15:00
4. Fasilə 15:00-15:30
5. K-POP rəqsləri 15:30-16:00
6. Geyimdə tamaşaçılar üçün müsabiqə 16:00-16:30
7. Fasilə 16:30-17:00
8. Mükafatlandırma, gecənin Kralı və Kraliçasının elanı 17:00-17:30
9. DJ diskoteka 17:30-19:30

Bu möhtəşəm tədbirdə bizə qoşulun, gəlin bu şəhəri birlikdə qorxudaq!

Yaş məhdudiyyəti / Dil

8+ / Multilingual
Halloween Halloween

Məkan yeri
Bülbül prospekti 20, Bakı, Azərbaycan, AZ1014