Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
🎻26 noyabr 20:00-da Bakıda heyrətamiz gözəlliyə malik tarixi Kamera və Orqan Musiqisi Zalında şam işığında ilk dəfə Motsart axşamı baş tutacaq.
Təsəvvür edin: yüzlərlə şamın sakit və yumşaq işığında qədim bir zal, simli alətlərin ilk akkordları səslənir - və siz Motsart dövrünə qədəm qoyursunuz.
Musiqi işıq və istiliklə məkanı doldurur, gözəlliyin təsirindən ürəyiniz bir anlıq dayanır.
Bu axşam - sadəcə konsert deyil, bu, böyük dahinin canlı ruhu ilə görüşdür.
«Motsart axşamı» - XVIII əsr dahisinin ölməz əsərlərini Azərbaycanın ən yaxşı musiqiçilərinin ifasında dinləmək imkanıdır. Tarixi Kirxa divarları arasında, unikal akustika sayəsində notların xüsusilə təmiz və dərindən səslənməsi Motsartın musiqisini daha canlı, daha səmimi, daha ilhamverici və daha müasir edəcək.
Konsertdən əvvəl qonaqlar sayrışan şamların işığında Kirxanın ab-havasından zövq ala, fotolar çəkə və ya sadəcə olaraq şəhərin hay-küylü ab-havasından bir anlıq ayrılıb rahatlıq tapa bilərlər.
Bu axşam sizə klassik musiqinin canlı, emosional, ürəkdən və ehtiraslı ifasını bəxş edəcək.
⏰ Başlama vaxtı: 20:00
📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41
Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.
Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.
🎶Ansambl - Ars Caspia Ensemble
Ars Caspia Ensemble - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.
Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:
Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.
Yuliya Motorina (ikinci skripka) - Azərbaycan Respublikasının əməkdar artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin və Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.
Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.
Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.
Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.
Bu - yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.
🎼 Proqram
-V.A. Motsart - Kiçik gecə serenadası
-V.A. Motsart - Divertismentlər (F-Dur, D-Dur, B-Dur)
-V.A.Motsart - «Sehrli fleyta» operasından «Gecə kraliçasının ariyası»
-V.A.Motsart - Simli kvartet №4 do major K. 157
*Təşkilatçılar proqrama dəyişikliklər edilməsi hüququnu özlərində saxlayırlar.
🎟️Yerlərin sayı məhduddur - noyabrın ən gözəl musiqi hadisəsinin qaçırmamaq üçün əvvəldən bron edin.

8 ₼-dan
39 ₼-dan
Biletlər satılıb
5 ₼-dan
10 ₼-dan
35 ₼-dan