Muğam mühazirələri

Tədbir haqqında

Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan muğamı” adlı  layihə çərçivəsində mayın 17-də  “Muğam mühazirələri” adlı gecələrinin növbəti təqdimatı olacaq. Bu dəfəki mühazirə -konsert “Şur” muğamına həsr olunub. “Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə gerçəkləşir.
Muğam konserti şəklində təqdim olunacaq ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı,  muğam musiqisinə təsiri mövzusunda çıxış və ifalar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları, təsniflər təqdim olunacaq.

Yaş məhdudiyyəti / Dil

15+ / Azərbaycanca
Muğam mühazirələri Muğam mühazirələri

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan