"Kung Fu Panda" – musiqili tamaşa
Dostluq, cəsarət və unudulmaz macəralarla dolu bir nağıl sizi gözləyir!
Əfsanəvi Po – yeməyə və rahatlığa olan sevgisinə baxmayaraq, əsl döyüş sənəti ustası olmağı arzulayan qeyri-adi bir pandadır. Ancaq qəfil bədbəxtliklər və gözlənilməz sınaqlar onu rahat həyatından çıxarır və o, öz taleyi ilə üzləşməli olur!
Mahnılar, rəqslər və böyük səhnə şousu ilə dolu musiqili tamaşa, uşaqlar və böyüklər üçün unudulmaz bir macəra vəd edir! Po ilə birlikdə siz döyüş sənətinin sirrlərini kəşf edəcək, güc və dostluğun əsl mənasını anlayacaq və inanılmaz dərəcədə əylənəcəksiniz!
Səhnədə: parlaq dekorasiyalar, unikal personajlar və tamamilə yeni bir hekayə!
Ailənizlə birlikdə bu fantastik şounu qaçırmayın!