Malefisenta və yatmış gözəl. Uşaqlar üçün musiqili tamaşa

Malefisenta və yatmış gözəl. Uşaqlar üçün musiqili tamaşa

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

"Malefisenta və Yatmış Gözəl" – musiqili tamaşa

Malefisenta tərəfindən kiçik Avrora üzərinə qoyulmuş lənət, yalnız onun deyil, elə Malefisentanın da taleyini dəyişə bilər. Qorxulu sehrin qarşısını almaq mümkündürmü? Bəs sevgi və mərhəmət hər şeyi dəyişə bilərmi?

Bu möhtəşəm musiqili tamaşa sehr, dostluq və sevginin gücündən bəhs edir. Tamaşaçılar sehrli bir dünyaya səyahət edəcək, musiqi və qeyri-adi dekorasiyalarla dolu möhtəşəm bir səhnə şousuna şahid olacaqlar.

Malefisenta öz taleyini dəyişə biləcəkmi? Bunu öyrənmək üçün bu sehrli nağılda bizimlə birlikdə olun!

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
Malefisenta və yatmış gözəl. Uşaqlar üçün musiqili tamaşa Malefisenta və yatmış gözəl. Uşaqlar üçün musiqili tamaşa

Məkan yeri
Bülbül prospekti 20, Bakı, Azərbaycan, AZ1014