Anamın kitabı

Anamın kitabı

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Anamın kitabı”

Yaş həddi: 6+
Müəllif: Cəlil Məmmədquluzadə
Janr: Tragikomediya
Dil: Azərbaycan
Tamaşanın müddəti:
I hissə – 65 dəqiqə
II hissə – 60 dəqiqə

Quruluşçu rejissor: Firudin Məhərrəmov
Quruluşçu rəssam: Ülviyyə Zərbəliyeva


Haqqında

Əsər adından göründüyü kimi “ananın kitabı”, daha dəqiq desək, ana dili və milli kimlik haqqında bir hekayədir.
Ananın üç oğlu və bir qızı var. Oğullarından biri Avropada, biri Rusiyada, digəri isə Fars mühitində təhsil almışdır. Ana qızının gələcək taleyini müəyyənləşdirmək istəsə də, oğullarından heç biri onunla anlaşa bilmir.

Obrazlı desək, ananın kitabını heç bir oğul oxumur — çünki onlar nə anaya, nə də vətənə layiq övlad ola biliblər.
Cəlil Məmmədquluzadənin bu klassik əsəri cəmiyyətin mənəvi köklərindən uzaq düşən nəsillərin faciəsini incə yumor və dərin kədər fonunda göstərir.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Anamın kitabı Anamın kitabı

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan