Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Qoğal
Yaş həddi 1+
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rus truppasının aktyorlarının ifasında təqdim olunan “Qoğalın macərası” tamaşası rus xalq nağılı “Qoğal”ın motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni və rəssamı teatrın quruluşçu rejissoru Əhəd Hacıyevdir.
Tamaşada baba və nənənin bişirdiyi qoğalın səyahət zamanı başına gələn maraqlı sərgüzəştlərindən bəhs olunur.
Səyahət zamanı dəcəl qoğal müxtəlif meşə heyvanları ilə qarşılaşsa da, şən nəğmələr oxuya-oxuya onlardan qaçıb canını qurtara bilir...
Səhnə əsərinin sonluğu nağıldan fərqlidir, yəni tülkü qoğalı yemir.

25 ₼-dan
8 ₼-dan
8 ₼-dan
16 ₼-dan
5 ₼-dan
12 ₼-dan