Heyvanlara qayğı
Master-klass Hasvet Baku International Animal Hospital və "Forest school Azerbaijan"ın birgə təşkilatçılığı ilə baş tutacaq. Əldə olunan bütün gəlir isə küçə heyvanlarına xərclənəcəkdir.
Master-klassda nə öyrənəcəklər:
Mütəxəssislərdən veterinarlıq peşəsi haqqında ətraflı məlumat;
Küçə heyvanları ilə düzgün davranış forması;
Yaralı heyvan gördükləri vaxt nə etməli olduqlarını;
Heyvanlarla daha yaxşı necə əlaqə qura biləcəklərini;
Hospitalın necə fəaliyyət göstərdiyini;
Həmçinin hospitalda olan heyvanları müşahidə edə biləcək, uyğun olduğu təqdirdə təmas edə biləcəklər.
Qeyd: Master-klass sadəcə uşaqlar üçün nəzərdə tutulmuşdur. Övladınızı master-klass bitdikdən sonra pedaqoq liderimizdən təhvil ala bilərsiniz.