Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi

Tədbir haqqında

Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin əsası 1924-cü ildə qoyulmuşdur. Muzeyin yaradılmasında Gəncə Seminariyasının bir qrup müəllim və tələbələri  İ. Cəfərzadə ,S.Seyidov,C.Rəfibəyli , F.Məlikov və başqaları fəal iştirak  ediblər. İlk illər muzeydə 500-dən çox eksponat var idi və 2 şöbədən ibarət olub: Diyarşünaslıq və Kənd təsərrüfatı

1938-1940-cı illərdə Yelendorfda (hazırda Göygöl) müəllimlik edən mənşəcə alman olan Yakov Hummel Gəncə ətrafında arxeoloji tədqiqtlar  aparmış, tunc dövrü abidələrini aşkar edərək nəticələrini nəşr etdirmişdir.

Hazırda muzeyin fondunda 30 minə qədər eksponat vardır və ekspozisiyasında ən qədim dövrlərdən başlamış son zamanlara qədər olan arxeologiya, etnoqrafiya, numizmatika , rəngkarlıq , heykəltaraşlıq və s. dair  maddi-mədəniyyət nümunələri nümayiş etdirilir. Daş və tunc dövrlərinə aid eksponatlar əsasən  1938-1940-cı illərdə Y.Hummel, eləcə də 1950-60-cı illərdə Azərbaycan SSR  Elmlər Akademiyası Tarix İnstitutu tərkibində fəaliyyət göstərmiş ekspedisiyalar tərəfindən muzeyə təhvil verilmişdir.

Muzey  1954-cü ildən Əzizbəyov 260 ünvanında fəaliyyət göstərib.Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olmuş və 3 şöbəyə bölünmüşdür.Təbiətşünaslıq, İnqilaba qədərki dövr və Sovet dövrü.

Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi 1972-ci ildə hazırda yerləşdiyi  XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan binaya köçürülmüşdür. Bu bina  Gəncənin sonuncu müstəqil xanı olan igid sərkərdə Cavad xanın nəticələri  Adil  xan və İsmayıl xan Ziyadxanovların  şəxsi mülkü olub.  Adil xan  Azərbaycan Xalq Cumhuriyyəti dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş , AXC-nin  süqutundan sonra  Türkiyəyə mühacirət etmişdir. Gəncənin polis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnib.Onların şəxsi mülkü olan bu  bina bir çox binalar  kimi Sovetlərin əlinə keçib və Sovet döründə burada bir sıra idarə və təşkilatlar yerləşib.

Memarlıq abidəsi olan tikili bu gün də Cavad Xanın mənəvi ocağı və eləcə də Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi canlı bir tarix olaraq öz əzəmətini qoruyub saxlayır.

Bazar ertəsindən başqa hər gün saat 10:00-dan 18:00-a qədər.

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi