Adamın adamı

Tədbir haqqında

 Xalq yazıçısı Anarın “Adamın adamı” pyesi əsasında  

Bəstəkarı Xalq artisti Vasif Adıgözəlov

 Yeni quruluşda rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov  

 
 

Qeyd edək ki, bu əsər Musiqili Teatrda 2005-2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun quruluşunda “Aldın payını, çağır dayını!” adı altında oynanılıb.

Səhnə əsərinin süjet xəttində cərəyan edən hadisələrdə cəmiyyətin bır sıra problemləri satirik-yumoristik vəziyyətlərlə ön plana çəkilir. Dəbdəbəli həyat tərzi ilə seçilən, vəzifə və pul düşkünlərinin əslində sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə tamaşaçılara çatdırılır.   

 

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Hüseyn Əlili, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak edəcəklər.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Adamın adamı Adamın adamı

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan