Beş manatlıq gəlin

Tədbir haqqında

 Rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda ​bəstəkar, Xalq artisti Səid Rüstəmovun və görkəmli yazıçı Məmməd Səid Ordubadinin librettosu əsasında hazırlanan "Beş manatlıq gəlin” komediyası olacaq. 

​ Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan bu səhnə əsəri
1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının səhnəsində dəfələrlə göstərilmiş və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. 

Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada  Xalq artistləri – İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Əliyev, Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar – Möylə Mirzəliyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva iştirak edəcəklər. 

 

Orkestr, xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.  ​ ​ ​ ​

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Beş manatlıq gəlin Beş manatlıq gəlin

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan