Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Premyera: 18, 22 və 23 noyabr, saat 19:00
Janr: Musiqili dram
Yaş həddi: 16+
Əsərin müəllifi: görkəmli alim, akademik, Xalq yazıçısı Kamal Abdulla
Bəstəkar: görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev
Quruluşçu rejissor: Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov
Quruluşçu dirijor: Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev
Quruluşçu rəssam: Vüsal Rəhim
Quruluşçu baletmeyster: Əməkdar artist Nigar Şahmuradova
Xormeyster: Əməkdar artist Vaqif Məstanov
Rejissor: Elməddin Dadaşov
Konsertmeyster: Fidan Əliyeva
Rejissor assistentləri: Tamilla Aslanova, Çimnaz Bağırova
Əməkdar artistlər: Əzizağa Əzizov, Almaz Ələsgərova, İqrar Əliyev
Prezident mükafatçıları: Səmədzadə Xasiyev, Mehriban Zaliyeva
Nicat Əli, Türkel Tariqpeyma, Gülnarə Abdullayeva, Gültac Əlili,
Elnarə Nağdəliyeva, Elxan İsmayılov, Elçin İmanov, Faiq Mirzəyev,
Rauf Babayev, Nərmin Əliyeva, İbrahim Əlizadə, Əli Kərimov,
Sübhan Rüstəmov, Orxan Hüseynov, Kamil Cəfərov
Tamaşada həmçinin xor və balet artistləri çıxış edirlər.
“Gülçöhrə və Əsgər” musiqili dramı — dahi Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsərinə yazılmış sanballı və düşündürücü davamdır.
Tamaşa, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirir.
Əsərdə baş qəhrəmanlar — Əsgər və Gülçöhrə — tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar.
Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam bir sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir.

7 ₼-dan
3 ₼-dan
5 ₼-dan
7 ₼-dan
5 ₼-dan
35 ₼-dan