“Leyli və Məcnun”
(İkihissəli faciə)
Yaş həddi: 16 +
Müəllif: Məhəmməd Füzuli
Quruluşçu rejissor: Əməkdar artist Nicat Kazımov
Baş rolların ifaçısı: Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Nicat Kazımov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Mehriban Abdullayeva, Qəmər Məmmədova, Elnur Bəhramxan, aktyorlar Asya Atakişiyeva, Səbinə Məmmədzadə
Janr: dram
Tamaşanın müddəti: I hissə - 50 dəqiqə
II hissə - 1 saat 10 dəqiqə
Dahi söz ustası Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış eyniadlı tamaşa iki gəncin bir-birinə saf məhəbbətindən və onun yolunda necə faciəyə uğramalarından bəhs edir.
Tamaşa lirik insani duyğularla yanaşı, həm də gəncləri vətənpərvərliyə, dostluğa sədaqətə və qarşılıqlı anlaşmaya səsləyir.
Tamaşa klassik geyimləri, musiqi dramaturgiyası və gözəl dekorasiyası və quruluşu, eyni zamanda, maraqlı, dinamik və plastik aktyor oyunları ilə diqqəti cəlb edir.