"QırmızıPapaq"

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet


Qırmızı papaqlı qızın başına gələnlər hər kəsə məlumdur. Maraqlı, həyəcanverici və cəsurluq haqqında bu hekayət Kukla Teatrı səhnəsində də özünün maraqlı quruluşunu tapıb. Uşaqlar kitabdan fərqli olaraq səhnədə kukla və canlı planda oyun sintezində bir tamaşada həm gülür, həm düşünür, həm də həyəcanlı anlar yaşayırlar.

Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova,  Tünzalə Ağayeva, əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
"QırmızıPapaq" "QırmızıPapaq"

Məkan yeri
Neftçilər prospekti 36, Bakı, Azərbaycan