"Qətibə inanc"
Yaş həddi: 13+
Müəllif: Məmməd Səid Ordubadi
Janr: Tarixi dram
Dil: Azərbaycan
Tamaşanın müddəti: I hissə - 60 dəqiqə
II hissə - 70 dəqiqə
Quruluşçu rejissor: Mərahim Fərzəlibəyov (xalq artisti)
Quruluşçu rəssam: İlham Elxanoğlu (əməkdar mədəniyyət işçisi)
Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.
Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya qoyulub.