Asəf Mehmanın “Sədəf” adlı əsəri ailə məişət mövzusundadır.
Əsərdə mühəndisliyi oxuyub öz doğma kəndinə qayıtmış Həmzəbəy adlı
oğlanın Sədəf adlı qıza olan məhəbətindən danışılır. Sədəf də öz
növbəsində həkimliyi oxuyub qayıtmış bir qızdır.
Sədəfin anası Gülümat Həmzəbəyi öz qızına yaraşdırmır. Amma
qızla oğlan bir- birilərini sevirlər. Bütün əsər boyunca kənd sakinləri
Murtuz Şahnabat və digərləri Gülümatla sözün əsl mənasında mübarizə
aparırlar və axırda Sədəflə Həmzəbəyi bir- birilərinə qovuşdururlar.
Əsər Ləzgi xalqına məxsus - ənənələrlə, toy mərasimi ilə bitir.
Quruluşçu rejissor və bəstəkar – Faiq Qardaşov
Quruluşçu rəssam – Marina Mahmudova