Killerdən teleqram

Killerdən teleqram

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında “Killerdən teleqram” monotamaşasının premyerası olacaq.
 Quruluçu rejissoru Zaur Əliyev olan bu tamaşada Killer-Cəlil obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırır.  
Səhnə əsərinin quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.
Tamaşada uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik illərində də bir çox mənəvi-psixoloji zərbələr alan bir insanın həyat hekayəsindən bəhs olunur.  Əsərin yeganə qəhrəmanı qısa ömür yolunda həm özü, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir... 

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
Killerdən teleqram Killerdən teleqram

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan