Ana

Tədbir haqqında

Karel Çapek. “Ana”


Yaş hədii: 18+
Müəllif: Karel Çapek
Tərcümə edən: Əvəz Sadıq
Quruluşçu rejissor: Müşfiq Əliyev
Baş rolların ifaçıları: Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Hüseyn Bayramov  
Janr: psixoloji dram
Tamaşanın müddəti: 1 saat 20 dəqiqə
    

Annotasiya

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının “ArtStudiya” Teatr Studiyasında hazırlanmış çex dramaturqu Karel Çapekin “Ana” tamaşasında  faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. 
Tamaşa müharibənin Ana Doloresin ailəsini fəlakətə sürükləməsindən və bu ailənin timsalında bütün bəşəriyyətin faciəsindən bəhs edir. 
Əvvəlcə həyat yoldaşını, sonra bütün övladlarını itirən Ana özü son ümid yeri olan sonbeşiyi Tonini də vətəni müdafiəyə göndərir. 
Ana bununla demək istəyir ki, övladlar Şəhid olsalar da, təki Vətən sağ olsun, bundan sonra heç bir ana gözüyaşlı qalmasın.
Tamaşanın ən böyük uğuru onun dramatizminin güclü, ideyasının bəşəri olmasıdır. Biz bu tamaşa ilə müharibəyə “Yox!” deyirik.

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
Ana Ana

Məkan yeri