Sənsiz

Tədbir haqqında

Şıxəli Qurbanov “Sənsiz” əsərinin qısa məzmunu 

    “SƏNSİZ” dramı Şıxəli Qurbanov yaradıcılığında zamanında ən cəsarətli dram əsəri kimi qəbul edilirdi. Sosialist sistemi içində QULAQ sistemi və bu sistemin fəsadlarını tam dəhşəti ilə göstərən yeganə əsər idi.

        Şıxəli Qurbanovun “Sənsiz” dramı 1937-ci illərin məşum repressiyaya məruz qalaraq, həyatdan və ailəsindən qoparılmış insanlardan – Tərlan və Sevincdən bəhs edir. 18 illik məşəqqətli sürgün həyatı yaşayan tək Tərlan deyil. Onun yolunu 18 il gözləyən Sevinc də bu zülmü onu gözləyə gözləyə yaşayır. Hətta 18 il sonra Tərlanın günahsız olduğuna görə verilən bəraət xəbərini alandan sonra, həbs edilərək gedər-gəlməzə göndərilən ərinin ya özünü, ya qəbrini tapmaq üçün yola çıxmağa qərar verir. Bu onun Tərlandan başqa həyat, başqa səadət, başqa ailə istəmədiyini sübut edir. Toy gecəsi ayrıldığı Sevincini 18 ildən sonra yenidən uzaqdan olsa da görməyə gələn Tərlan onu Fərhadla yaxın münasibətdə olduğunu güman edərək, onun səadətinə müdaxilə etmədən səssizcə, özünü tanıtmadan getməyə qərar verir. Getmədən öncə 18 il özü ilə daşıdığı “Kiçiktəpə” geoloji araşdırmasının sonucunu Fərhada verərək getməyə qərar verir. Bu kəşf Fərhada respublika miqyasında şöhrət gətirsə də, o bu yükü daşıya bilmir.

      Heç bir zaman Fərhadın sevgisinə qarşılıq verməyən Sevincin Tərlan adına yola çıxması onun bütün ümidlərini yox etsə də, Fərhad Tərlanla görüşündə onun kimliyini müəyyən etdiyini etiraf edir. Özü də Tərlanı saxlamaq üçün vağzala gedir. Fərhadla Maralın birgə səyi ilə Sevinc Tərlana, Tərlan Sevincə qovuşur. Bütün yanlışlıqlar, səhvlər, ittihamlar bu görüşlə heç olur. Nəhayət ki, ədalət qalib gəlir. Xoşbəxlik bir həqiqət kimi batmır, itmir, yenidən bərqərar olur.

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
Sənsiz Sənsiz

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan