Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş "Unudulmaz Maestro" adlı konsert

Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş "Unudulmaz Maestro" adlı konsert

Tədbir haqqında

High Park Residence in baş sponsorluğu ilə 2025-ci il 6 Dekabr “Jolly Joker” prestijli klubunda dünyada tanınmış, caz-muğam üslubunun banisi, Azərbaycan cazının əfsanəsi, Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş “Unudulmaz Maestro” adlı konsert keçiriləcək.

Konsertdə iştirak edirlər Azərbaycan cazının ulduzları:

Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi “Rast” qrupu

Dünya şöhrətli pianoçu, Respublikanın Əməkdar artisti Şahin Növrəsli-trio və gənc ifaçı Murad Nəbizadə

Caz virtuoz pianoçu Ruslan Ağababayev (ABŞ)

Fransadan gələn bəstəkar və pianoçu, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli-trio

Dünyada tanınmış bəstəkar, pianoçu, caz müğənnisi Aisel və məhşur saksofon ifaçısı Teymur Süleymanbəyli qrup ilə

Azərbaycanın estrada və caz müğənnisi, 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində ölkəmizin təmsilçisi və “O Səs Türkiyə” qalibi Elnur Hüseynov qrupu ilə

Respublikanın Əməkdar artisti, Vaqif Mustafazadə yolunun davamçısı, məhşur pianoçu və bəstəkar EMİL ƏFRASİYAB-trio

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Bəhram Xəlilovun - Vaqif Mustafazadənin musiqisindən ilhamlanaraq, yaratdığı rəsmlərdən ibarət sərgi ilə müşayiət olunacaq.

Tədbir VAQİF MUSTAFAZADƏ adına Xeyriyyə  Fondu tərəfindən təşkil olunur.

Yaş məhdudiyyəti / Dil

18+ / Multilingual
Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş "Unudulmaz Maestro" adlı konsert Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş "Unudulmaz Maestro" adlı konsert

Məkan yeri