Kontrabas

Tədbir haqqında

 “Kontrabas”

Yaş həddi: 18+

Müəllif: Patrik Züskind

Quruluşçu rejissor: İrina Perlova (Xalq artisti)

Baş rolların ifaçıları: Şövqi Hüseynov (Əməkdar artist)

 Janr: mono-tamaşa

Tamaşanın müddəti: 50 dəqiqə

 

Ensiklopedik biliklərə malik qəhrəmanımız  həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs öz hisslərini  həmin xanıma etiraf etmək istəyir. O,  sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən aktrisanın gözəl səsi ilə dialoqa girir.

Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində  məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.

         Sarkazm və komik  məqamlarla zəngin olan tamaşada  qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır.

Qəhrəmanımızın sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyəttin ən maraqlı fikir ötürümü bundan ibarətdir ki,  insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
Kontrabas Kontrabas

Məkan yeri