Lahıc Tarix-Diyarşünaslıq Muzeyi

Tədbir haqqında

*Tələbə bileti kateqoriyası yalnız Azərbaycan Respublikası daxilində təhsil alan tələbələrə aiddir.

1985-ci ildə yaradılmış Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin fondunda 700-dən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunur. 5 zaldan ibarət ekspozisiyada Lahıcın orta əsrlər dövrünü xarakterizə edən maddi-mədəniyyət nümunələri nümayiş olunur. Məzmun və forma zənginliyinə görə seçilən bu eksponatlar arxeoloji, etnoqrafik, numizimatik, dekorativ-tətbiqi sənəti nümunələrindən ibarətdir. Muzeydə xüsusilə Lahıc ustalarının mürəkkəb və incə naxışlarla bəzədikləri misgərlik sənəti nümunələri, dəmirçilik sənətinə aid əmək alətləri və s. sərgilənir.

  • BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ YA QAYTARILMIR.

Yaş məhdudiyyəti / Dil

0+
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi Lahıc Tarix-Diyarşünaslıq Muzeyi