Lerik rayon uzunömürlülər muzeyi

Tədbir haqqında

Lerik rayon Uzunömürlülər muzeyi 1991-ci ildə Lerik rayon Tarix-Diyarşünaslıq muzeyinin nəzdində yaradılmışdır. Yarandığı gündən etibarən muzeyin əsas fəaliyyət istiqaməti rayonun uzunömürlü sakinlərinin fotolarını, onların həyat və yaradıcılığını əks etdirən eksponatların nümayişindən ibarət olmuşdur.

2010-cu ildən muzey müstəqil şəkildə fəaliyyət göstərməyə başlamışdır. Hazırda muzeyin iki ekspozisiya zalı mövcuddur və bu zallarda uzunömürlü insanların həyatını əks etdirən müxtəlif eksponatlar sərgilənir. Muzeyin fondunda ümumilikdə 1417 eksponat toplanmışdır.

Beləliklə, Uzunömürlülər muzeyi həm Lerik rayonunun, həm də bütövlükdə Azərbaycanın mədəni irsinin qorunub yaşadılmasına xidmət edən mühüm mədəniyyət ocaqlarından biridir.

Yaş məhdudiyyəti / Dil

0+
Lerik rayon uzunömürlülər muzeyi Lerik rayon uzunömürlülər muzeyi

Məkan yeri