AzeRobot Tədris Mərkəzi

AzeRobot Tədris Mərkəzi

AzeRobot education Robototexnika tədris mərkəzi 2021-ci ilin iyul ayından fəaliyyət göstərməyə başlamışdır. Tədris mərkəzimizdə 5 yaşdan yuxarı hər kəs üçün robototexnika, mühəndislik, proqramlaşdırma sahələrinin tədrisi həyata keçirilir. Şəbəkə şəklində fəaliyyət göstərən AzeRobot Koroğlu, Şəhriyar, Bilgəh, Balaxanı, Pirşağı, Ramana, Binəqədi filiallarından ibarətdir. AzeRobotun bütün şəhər və kəndlərdə filiallarının açılması nəzərdə tutulmuşdur.
       Mərkəzlərimizdə robototexnika dərslərinin tədrisi yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki, bütün filiallarımızda uşaqların bu sahəni mükəmməl mənimsəməsi üçün rahat və əlverişli şərait yaradılmışdır. Həmçinin hər tələbə üçün  dərs vəsaitləri, kompüterlər, planşetlər nəzərdə tutulmuşdur. Bütün filiallarda dərs otaqları kamera sistemi, 3D printerlər və son model texniki avadanlıqlarla təmin olunmuşdur.  Dərs zamanı valideynlər gözləmə zalında övladlarını izləyə bilərlər. Əlavə olaraq, mərkəzimizdə tələbələri və müəllimləri müşayiət edən, çətinlik zamanı onlara kömək edən psixoloqumuz fəaliyyət göstərir.
       AzeRobot fəaliyyətə başladığı gündən nailiyyətlərə imza atmışdır. Uşaqların yay fəslini səmərəli keçirməsi məqsədilə Bilgəh filialımızda 4 qrup 2 həftəlik nümunə dərslər təşkil olunmuşdu. Tələbələr fəal iştiraklarına görə diplom və sertifikatlarla təltif edilmişdir. Bundan əlavə robototexnika üzrə bütün yarışlara təcrübəli müəllimlərimiz tərəfindən tələbələr hazırlaşdırırıq. Filiallarımızda hər modul üzrə professional mentorlar tərəfindən tədris aparılır. Yeni fəaliyyətə başlamağımıza baxmayaraq bir çox Olimpiyadalarda tələbələrimiz iştirak etdi. İlk olaraq Robot Virtual Games Beynəlxalq Robototexnika Turnirinə 4 komanda ilə qoşuldu. Koroğlu filialımızda olan komanda Azərbaycan üzrə 3-cü yeri tutdu. Bundan əlavə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində keçirilən iki günlük Festivaldada AzeRobot 8 komanda ilə qoşulmuşdu. Festivalın ilk günü 305 komandanın arasından AzeRobot Şəhriyar filialının komandası 2-ci yeri, festivalın ikinci günündə isə Balaxanı filialımızın komandası 1-ci yeri, Koroğlu filialımızın komandası 2-ci yeri, Şəhriyar filialımızın komandası isə 3-cü yeri tutmuşdur. 18-19 dekabr tarixlərində isə 54 özəl və dövlət təhsil müəssisəsinin qoşulduğu Azərbaycan Respublikası Təhsil Nazirliyini, ADA Universitetinin və Edumedia-Azerbaijan şirkəti tərəfindən təşkil edilmiş First League Azərbaycan turnirinə 2 komanda ilə qoşulduq. AzeRobot komandamız “Gələcəyin mühəndisləri nominasiyası” üzrə qalib oldular.
       AzeRobot olaraq bu sahə üzrə hər zaman irəlidə olacağımızdan, istedadlı uşaqları aşkar edib, dəstək olub, xarici ölkələrdə, beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəyimizə söz veririk.

Fərqimiz:

- Tədris mərkəzinin kamera sistemi ilə təchiz olunması
- Texniki avadanlıqların sayının və çeşidin çox olması
- Hər bir tələbə üçün ayrılmış dərs vəsaitləri (lego dəstləri, planşet, noutbook və s.)
- Təhsilin yüksək səviyyədə olması
- Ölkə daxili və beynəlxalq yarışlara qatılmaq
- Valideynlər üçün dərs zamanı uşaqları gözləmək üçün rahat məkan və kamerada izləmə 
- Xüsusi olaraq tələbələr və müəllimlər üçün ayrılmış psixoloq müşayiəti və valideynlərin məlumatlandırılması

Heydər Əliyev pr 187c, BMS plaza 4-cü bina 5-ci mərtəbə