Bengt Alfors. “35 ildən sonra”
Yaş həddi: 18+
Müəllif: Bengt Alfors
Quruluşçu rejissor: Müşfiq Əliyev
Baş rolların ifaçısı: Elnur Bəhramxan (Əməkdar artist), Kərəm Hadızadə, Zümrüd Quliyeva
Janr: dram
Tamaşanın müddəti: 50 dəqiqə
Bengt Alforsun “35 ildən sonra” tamaşası müasir dövrdə ailə münasibətlərində yaranan problemlərə həsr olunmuşdur. Tamaşa belə bir ideyanı ötürür ki, ailə münasibətlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşma vacibdir.
Qəddar Kazimir Kantın xasiyyətinin ağırlığı nəticəsində ailəsi dağılmışdır. Tənhalığa düçar olan bu kişi ömrünü həkimi ilə, bir də evin əşyaları ilə dialoqa girməklə keçirir. Günün birində qızı Şarlotta onun həkimi kimi evinə gəlir, atası ilə dialoq aparır. Bütün dialoqlarda bu ağır xasiyyətli kişi bir dəfə də olsun “həkimin” üzünə baxmır. Şarlotta yazdığı pyesin vasitəsi ilə öz taleyini atasına çatdırmaq istəyir. Kazimir isə bir şey anlamır. Qızdan niyə ona kömək etmək istədiyinin səbəbini soruşur. “Mən sənin qızınam” deyən Şarlotta sanki atasının yuxulu dünyasında bir ildırım kimi çaxır. Ata qızını tanıyır. Ruhi sarsıntıya səbəb olan bu görüş –ata ilə qızının qovuşması sevinclə qarşılanır.
Dramaturq və müəllif bizə belə bir fikri ötürürlər ki, Yaradan istəsə, illüziyalar həqiqətə çevrilə bilər.