Mərkəzi Nəbatat bağı

Tədbir haqqında

BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ YA QAYTARILMIR. 

Mərkəzi Nəbatat Bağı Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934- cü ildə yaradılıb. Bağda Azərbaycan florasından olan bitkilərlə yanaşı, dünyanın müxtəlif iqlim zonalarından gətirilmiş bitki kolleksiyaları da qorunub saxlanılır.

Bağın əsas fəaliyyət istiqamətləri Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin genofondunu saxlamaq və mühafizəsini təşkil etmək, Bağın ərazisinin paytaxt sakinləri və qonaqların asudə vaxtlarının keçirilməsi üçün unikal təbiətə malik istirahət məkanına çevrilməsi məqsədilə zəruri tədbirlər görmək, nəbatat və ekologiya elminin nailiyyətini təbliğ etmək, Bağa aid ərazini idarə etmək, mühafizəsi və qorunması ilə bağlı tədbirlər görmək, Bağın ərazisində bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması işlərini təşkil etməkdən ibarətdir.

Hal-hazırda Mərkəzi Nəbatat Bağında müasir tələblərə cavab verən yeni oranjereyalar, fəvvarə, restoran, uşaq əyləncə meydançası, labirint, göl kompleksi və 650 metr uzunluğunda liftlə təchiz edilmiş müasir və estetik dizaynlı körpü fəaliyyət göstərir.

 

Yaş məhdudiyyəti / Dil

0+
Mərkəzi Nəbatat bağı Mərkəzi Nəbatat bağı

Məkan yeri
AZ1004, 40 Badamdar şossesi, Bakı